Bank Of Baku

Ermənistanın Rusiyadakı səfiri MDB-nin humanitar əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun icraçı direktoru seçilib

Ermənistanın Rusiyadakı səfiri MDB-nin humanitar əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun icraçı direktoru seçilib
# 22 yanvar 2010 08:55 (UTC +04:00)
Bakı – APA. Ermənistan prezidenti Serj Sarkisyan Oleq Yesayanın ölkənin Rusiya Federasiyasındakı səfiri təyin edilməsi barədə fərman imzalayıb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, digər fərmanla Armen Smbatyan Ermənistanın Rusiyadakı səfiri vəzifəsindən azad edilib. A. Smbatyan MDB ölkələrinin humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondun icraçı direktoru seçilib.

Qeyd edək ki, vaxtilə Dağlıq Qarabağ separatçılarının oyuncaq parlamentinin sədri olmuş O. Yesayan daha əvvəl Ermənistanın Belarusdakı səfiri vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR