Bank Of Baku

Piter Semnebi Ermənistan rəhbərliyi və müxalifəti ilə görüşlər keçirib

Piter Semnebi Ermənistan rəhbərliyi və müxalifəti ilə görüşlər keçirib
# 22 yanvar 2010 10:00 (UTC +04:00)
Bakı – APA. Ermənistan prezidenti Serj Sarkisyan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib. APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan-Avropa Birliyi münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması müzakirə edilib.

P. Semnebi daha sonra Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşüb. O. Abramyan bildirib ki, Türkiyə münasibətlərin normallaşdırılması prosesini pozarsa, Ermənistan da adekvat cavab verəcək.

P. Semnebi Ermənistanın birinci prezidenti, müxalifət lideri Levon Ter-Petrosyanla da bir araya gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR