Bank Of Baku

Viktor Yanukoviç Yuliya Timoşenko ilə teledebatlardan imtina edib

Viktor Yanukoviç Yuliya Timoşenko ilə teledebatlardan imtina edib
# 22 yanvar 2010 11:53 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidentliyinə namizəd, Regionlar Partiyasının (RP) sədri Viktor Yanukoviç rəqibi Yuliya Timoşenko ilə teledebatlardan imtina edib. APA-nın “UNİAN”a istinadən yaydığı məlumata görə, V. Yanukoviç RP-nin Xarkov təşkilatının fəalları ilə görüşündə bildirib ki, Y. Timoşenkonun seçkilərin ilk turundan sonra verdiyi bütün bəyanatlar onun ümidsiz durumda olduğunu göstərir: “Seçkini uduzduğunu başa düşərək məni yarışa – yalan danışmaqda, çamur atmaqda onunla yarışmağa çağırır”.

V. Yanukoviç baş nazirlə son 5 il ərzində debat apardığını vurğulayaraq xalqın bu debatlara münasibətini seçkidə ortaya qoyduğunu söyləyib: “Mən deyirlər ki, qadınla mübahisə etmək əbəsdir. Mən ilk növbədə hesab edirəm ki, o, baş nazirdir və hər sözünə görə məsuliyyət daşımalıdır. Yox, əgər o sadəcə qadındırsa, onda mətbəxə getməli və öz şıltaqlıqlarını orada göstərməlidir”.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu fevralın 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR