Bank Of Baku

Viktor Yuşşenko Stepan Banderaya “Ukrayna qəhrəmanı” adını verib

Viktor Yuşşenko Stepan Banderaya “Ukrayna qəhrəmanı” adını verib
# 22 yanvar 2010 12:56 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yuşşenko bu ölkə millətçilərinin əfsanəvi qəhrəmanı Stepan Banderaya “Ukrayna qəhrəmanı” adının verilməsi haqqında fərman imzalayıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yuşşenko bu fərmanı Ukrayna Milli Operasında keçirilən tədbirdə elan edib. O bildirib ki, milyonlarla ukraynalı uzun illər bu anı gözləyib. V. Yuşşenko fəxri adla bağlı mükafatı mərhum S. Banderanın nəvəsinə təqdim edib.

Qeyd edək ki, S. Bandera 1909-cu ildə o vaxt Avstriya-Macarıstan İmperiyasının tərkibində olan Qaliçina uyezdində (hazırkı İvano-Frankovsk vilayəti) dünyaya gəlib. 1928-ci ildə Polşa işğalı ilə mübarizə məqsədilə yaradılmış Ukrayna Hərbi Təşkilatına üzv olub. 1929-cu ildə bu qurumun da iştirakı ilə Vyanada Ukrayna gənclər təşkilatlarının birləşdirici konqresi keçirilib və Ukrayna Millətçiləri Konqresi yaradılıb. 1934-cü ildə Polşanın daxili işlər nazirinə sui-qəsd üstündə həbs edilərək əvvəlcə ölümə, sonra da ömürlük həbsdə məhkum edilən S. Bandera 1939-cu ildə azadlığa çıxıb. 1940-cı ildə Ukrayna Millətçiləri Konqresinin üzvlərinin əksəriyyəti tərəfindən bu qurumun lideri seçilib. 1941-ci ildə Lvovda bir neçə alman generalının iştirakı ilə Ukrayna dövlətinin bərpası haqqında Akt elan edilib və S. Banderanın silahdaşı Yaroslav Steskonun rəhbərliyi ilə hökumət formalaşdırılıb. Ukraynanın müstəqilliyi ilə razılaşmayan faşist Almaniyasının rəhbərliyi S. Banderanı həbs edib və ondan Müstəqillik Aktının ləğvi tələb olunub. Tələbi rədd edən S. Bandera həbsxanaya salınıb və 1944-cü ilin avqustuna qədər konslagerdə qalıb. Ş. Banderanın həbsdə olduğu illərdə Ukraynada yaradılan Ukrayna Üsyançı Ordusu həm faşistlər, həm də sovet ordusu ilə müharibə aparıb. Təxminən 100 min döyüşçüsü olan Ukrayna Üsyançı Ordusunun tərkibində azərbaycanlılar da olub. S. Bandera ölənə qədər vətəninə qayıda bilməyib. O, 1959-cu il oktyabrın 15-də Münhendə yaşadığı binanın pilləkanlarında SSRİ DTK-sının agenti Boqdan Staşinski tərəfindən qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR