Bank Of Baku

Bu gün Gürcüstan rəsmi olaraq MDB-nin Parlamentlərarası Assambleyasının üzvlüyündən çıxıb

Bu gün Gürcüstan rəsmi olaraq MDB-nin Parlamentlərarası Assambleyasının üzvlüyündən çıxıb
# 22 yanvar 2010 13:39 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan rəsmi olaraq MDB-nin Parlamentlərarası Assambleyanı tərk edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan parlamenti 2008-ci il avqustun 14-də Gürcüstanın bu təşkilatla əlaqəni kəsmək barədə qərar qəbul edib. Həmin ilin avqust ayının 18-də Gürcüstan XİN MDB İcra Komitəsinə nota göndərərək Gürcüstan parlamentinin qərarını MDB Parlament Assambleyasına bildirib. Gürcüstan parlamentinin bugünkü qərarı ilə bağlı APA-ya açıqlama verən parlamentin xarici əlaqələr komitəsinin sədr müavini Georgi Kandelaki qeyd edib ki, Gürcüstan parlamentinin bu qərarı Rusiyanın Gürcüstana təcavüzündən sonra verilib: “MDB Parlamentlərarası Assambleyasının nizamnaməsinə görə, biz bir ildən sonra bu təşkilatın sırasından çıxmalıyıq. Bu gün bu proses parlament səviyyəsində sona yetib. Bizim siyasi komandamızın bir hissəsi, eyni zamanda şəxsən mən belə fikirləşirik ki, biz bunu daha əvvəl həyata keçirməli idik. Belə bir qərarın qəbul edilməsi bizə heç bir təsir göstərməyib. Əksinə ölkənin xarici siyasət kursu daha da möhkəmlənir, yeni demokratik cəmiyyət quruculuğu və Qərb strukturlarına inteqrasiya prosesi getdikcə güclənir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR