Bank Of Baku

Mintimer Şaymiyev Tatarıstan prezidenti vəzifəsindən gedir

Mintimer Şaymiyev Tatarıstan prezidenti vəzifəsindən gedir
# 22 yanvar 2010 16:38 (UTC +04:00)
Bakı – APA. Tatarıstan prezidenti Mintimer Şaymiyev vəzifəsindən getmək qərarına gəlib. APA-nın Rusiya mətbuatına görə, bu barədə o, Rusiya prezidenti Dmitri Medvedevlə görüşündə açıqlama verib.

Səlahiyyət müddəti bu il martın 25-də bitəcək Şaymiyev Medvedevdən respublika prezidentliyinə onun namizədliyini irəli sürməməyi xahiş edib.

Göstərilən etimad və dəstəyə görə Rusiya prezidentinə təşəkkür edən Tatarıstan lideri Medvedevin kursunu dəstəklədiyini bildirib, amma gənc nəsil siyasətçilərə özünü göstərmək imkanının verilməsinin də vaxtının çatdığını vurğulayıb.

Qeyd edək ki, M.Şaymiyev Tatarıstan prezidenti vəzifəsinə 12 iyun 1991-ci ildə seçilib. 1996 və 2001-ci ildə keçirilən seçkilərdə postunu əlində saxlaya bilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR