Bank Of Baku

Moldovann baş naziri: Kişinyov ölkənin təbii qazla təchizatında Rusiyaya alternativlər tapmaq niyyətindədir

Moldovann baş naziri: Kişinyov ölkənin təbii qazla təchizatında Rusiyaya alternativlər tapmaq niyyətindədir
# 22 yanvar 2010 17:23 (UTC +04:00)
Bakı-APA. Hazırda Moldova təbii qazla təchizatında Rusiyadan asılı vəziyyətdədir və bu vəziyyətdən çıxmaq üçün alternativ yollar tapmağı qarşımıza məqsəd qoymuşuq.
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-da səfərdə olan Moldovanın baş naziri Vladimir Filat ABŞ dövlət katibinin Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar və ABŞ dövlət katibi köməkçisinin energetika üzrə müavini Conatan Elkindlə görüşündə bildirib.

Onun sözlərinə görə, xarici tərəfdaşlarla dialoqda energetika sahəsində əməkdaşlıq Moldova üçün prioritet istiqamətlərdən biridir.

V.Filat həmsöhbətlərinə Moldovada energetika sahəsində vəziyyət və ölkənin enerji təhlükəsizliyinin təmin olunması üçün görülən tədbirlər barədə məlumat verib.

R.Moninqstar və C.Elkind ABŞ-ın prioritet istiqamətlərdə yardım göstərməyə, xüsusilə respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında məsləhətlər verməyə hazır olduğunu bildiriblər.

Xatırladaq ki, Moldovanın yeni hökuməti respublikanın Xəzər hövzəsinin eneerji ehtiyatlarının Avropaya tranzit yolla çatdırılması üçün cənub koridoruna qoşulması ehtimalını nəzərdən keçirmək niyyətindədir.

Təbii qazla təchizat məsələsində V.Filatın başçılıq etdiyi yeni hökumət Moldova qaz şəbəkəsinin qonşu ölkələrin qaz şəbəkələri ilə birləşməsi hesabına ehtiyat yaratmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR