Bank Of Baku

Giorgi Kandelaki: “İşğal olunmuş torpaqlarda fəaliyyət göstərən qondarma rejim müstəqil siyasət yeridə bilməz”

Giorgi Kandelaki: “İşğal olunmuş torpaqlarda fəaliyyət göstərən qondarma rejim müstəqil siyasət yeridə bilməz”
# 22 yanvar 2010 21:38 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Rusiya tələb edir ki, yanvarın 28-də baş tutacaq Cenevrə danışıqlarında güc tətbiq etməmək barədə hazırlanan razılaşma sənədinə bir tərəfdən Gürcüstan, onların dediyinə görə, digər tərəfdən isə Abxaziya və Cənubi Osetiya imza atsın.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu məsələyə münasibət bildirən Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədr müavini Giorgi Kandelaki Gürcüstanın belə bir razılaşma sənədinə hər zaman imza atmağa hazır olduğunu deyib:

“Belə bir razılaşma ancaq Rusiya və Gürcüstan arasında ola bilər. Çünki tərəflər Rusiya və Gürcüstandır. Lakin işğal olunmuş torpaqlarda fəaliyyət göstərən qondarma rejim isə heç bir müstəqil siyasət yeridə bilməz. Qeyd edim ki, bir vaxtlar, işğal olunmuş torpaqlarda, yəni 1993-cü ildə etnik təmizləmə aparılıb. Mən Abxaziyanı nəzərdə tuturam. Nəticədə Abxaziyada yaşayan əhalinin böyük bir hissəsi yurd-yuvalarından qovulub. Bu etnik təmizləmədə təkcə gürcülər deyil, eyni zamanda yunanlar, ukraynalılar və bir neçə min eston öz doğma ocaqlarından qovulub. Onlar hələ də doğma ocaqlarına qayıda bilmirlər. Etnik təmizləmənin ikinci mərhələsi 2008-ci ildə Cənubi Osetiyada həyata keçirilib. Burada da 30 minə qədər insan, o cümlədən osetinlər də öz isti ocaqlarından didərgin salınıb. İndi bizim qaçqın düşərgələrimizdə çoxlu sayda osetinlər var. Buna görə də biz etnik təmizləmə aparan və insanlığa qarşı çıxan kriminal rejimlə dialoq aparmaq fikrində deyilik. Biz yalnız Cenevrə formatında konflikt aparan tərəflə, yəni Rusiya ilə danışıq apara bilərik”, - deyə parlamentari vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR