Bank Of Baku

Çeçenistana idxal mallarının gətirilməsi ilə bağlı qadağa götürülüb

Çeçenistana idxal mallarının gətirilməsi ilə bağlı qadağa götürülüb
# 23 yanvar 2010 14:40 (UTC +04:00)
Moskva – APA. Rusiyanın baş naziri Vladimir Putin Çeçenistana idxal mallarının gətirilməsinə tətbiq olunan qadağanın götürülməsinə dair qərar imzalayıb. APA-nın məlumatına görə, bununla yanaşı Çeçenistanda idxal mallarının rəsmiləşdirilməsi ilə bağlı qadağa aradan qaldırılıb.
Qeyd edək ki, idxalın məhdudlaşdırılması və rəsmiləşdirilməsi ilə bağlı qadağa 1999-cu ildə qüvvəyə minib və həmin dövrdə burada aparılan antiterror əməliyyatları ilə bağlı olub. Antiterror əməliyyatları rejimi isə ötən ilin yaz aylarında ləğv edilib.
Xatırladaq ki, 2009-cu ilin payızında Qroznı şəhərinin hava limanına beynəlxalq aeroport statusu verilib və burada gömrük məntəqəsi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR