Bank Of Baku

Moskvada milis əməkdaşları yol qəzası törədib

Moskvada milis əməkdaşları yol qəzası törədib
# 23 yanvar 2010 14:48 (UTC +04:00)
Moskva – APA. Moskva şəhərinin Baş Daxili İşlər İdarəsi paytaxtda yol qəzası törədən və hadisə yerindən xidməti avtomobillə qaçan milis əməkdaşlarının axtarışına başlayıb.

APA-nın «İnterfaks»a istinadən verdiyi məlumata görə, hadisə haqqında hüquq-mühafizə orqanlarına «Mitsubishi» avtomobilinin sürücüsü xəbər verib. Onun dediyinə görə, bu gün saat 14:00 radələrində «Ford» markalı milis maşını onun idarə etdiyi avtomobillə toqquşub. Zərər çəkmiş şəxs bildirib ki, xidməti milis maşını yol hərəkəti qaydalarını pozmuşdur və bunu digər şahidlər də təsdiqləyib. Qəza törədən milis əməkdaşları hadisə zamanı xidməti geyimdə və içkili vəziyyətdə olublar. Lakin Yol Patrul Xidmətinin əməkdaşlarının hadisə yerinə gəlməsini gözləməyən milis işçiləri dərhal naməlum istiqamətdə hadisə yerindən uzaqlaşıblar. Hazırda «Ford» avtomobili axtarışa elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR