Bank Of Baku

Rusiya Prezident Administrasiyasinin rəhbəri: MDB-də islahatlar aparılmalıdır

Rusiya Prezident Administrasiyasinin rəhbəri: MDB-də islahatlar aparılmalıdır
# 23 yanvar 2010 19:57 (UTC +04:00)
Bakı-APA. Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin MDB-də, ilk növbədə onun idarəetmə strukturlarında islahatlar aparılmasının zəruriliyini qeyd edib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Narışkin həmçinin dünyada daimi heç nəyin olmadığını və Birlikdə islahatlar aparılması ideyasının təbii olduğunu vurğulayıb.

«Bu tamamilə normal prosesdir. MDB çərçivəsində işlərin konkretləşdirilməsinə doğru hərəkət etmək lazımdır», deyə Rusiya prezidenti Administrasiyasının rəhbəri bildirib. Onun sözlərinə görə, Birlik çərçivəsində əməkdaşlıq həm MDB-yə, həm də ona daxil olan ölkələrə fayda verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR