Bank Of Baku

ABŞ: Dnestryanı münaqişəsini Moldovanın ərazi bütövlüyünün qorunması şərtiylə həll etmək lazımdır

ABŞ: Dnestryanı münaqişəsini Moldovanın ərazi bütövlüyünün qorunması şərtiylə həll etmək lazımdır
# 24 yanvar 2010 03:34 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Amerika Birləşmiş Ştatları Dnestryanı münaqişəsinin Rusiya, Ukrayna, ATƏT, AŞ, ABŞ, Kişinyov və Tiraspol nümayəndələrinin iştirakı ilə 5+2 formatında Moldovanın ərazi bütövlüyünün qorunması şərtiylə həll olunmasının tərəfdarıdır.

APA-nın məlumatına görə, ABŞ dövlət katibi Hillari Klinton Vaşinqtonda Moldova baş naziri Vladimir Filatı qəbul edərkən belə bir bəyanatla çıxış edib.

Bundan əlavə dövlət katibi, ABŞ hökumətinin bundan sonra da Moldovaya USAİD və Minilliyin Çağırışları Korporasiyası vasitəsilə yardımını davam etdirəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR