Bank Of Baku

Yuliya Timoşenko baş nazir postunu Sergey Tiqipkoya təklif edib

Yuliya Timoşenko baş nazir postunu Sergey Tiqipkoya təklif edib
# 26 yanvar 2010 09:58 (UTC +04:00)
Kiyev-APA. Ukraynanın baş naziri Yuliya Timoşenko prezident seçkilərində qalib gələcəyi təqdirdə Sergey Tiqipkoya baş nazir postunu təklif edib. APA-nın məlumatına görə, Timoşenko bildirib ki, seçkilərin ilk turunda iştirak etmiş namizədlərin seçkiqabağı platformasını analiz edib və Sergey Tiqipkonun islahatlar proqramının onun öz proqramı ilə üst-üstə düşdüyü qənaətinə gəlib. Yuliya Timoşenko qeyd edib ki, Sergey Tiqipko prezident seçkilərinin ikinci turuna kimi onun təklifini dəyərləndirib cavab verə bilər. Xatırladaq ki, baş nazir postu təklif olunan Sergey Tiqipko prezident seçkilərinin ilk turunda 13 faiz səs toplayaraq üçüncü yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR