Bank Of Baku

İranın xarici işlər naziri Ermənistana səfər edib

İranın xarici işlər naziri Ermənistana səfər edib
# 26 yanvar 2010 10:24 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın xarici işlər naziri Manuçöhr Mottəki Ermənistana iki günlük səfərə gedib. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, M. Mottəki İran-Ermənistan hökumətlərarası komissiyasının 9-cu iclasında iştirak edəcək. İclasda yük daşımaları, enerji, ticarət və bank sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

M. Mottəkinin Ermənistan rəhbərliyi ilə görüşlərində ikitərəfli əlaqələrin genişləndirilməsi, regional və beynəlxalq problemlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR