Bank Of Baku

İranın xarici işlər naziri Mənuçöhr Müttəki Ermənistan prezidinti ilə görüşüb

İranın xarici işlər naziri Mənuçöhr Müttəki Ermənistan prezidinti ilə görüşüb
# 27 yanvar 2010 15:53 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Ermənistan-İran hökumətlərarası komissiyanın doqquzuncu iclasında iştirak etmək üçün İrəvana gedən İranın xarici işlər naziri Manuçöhr Mottəki Ermənistan prezidenti Ser Sarkisyanla görüşüb. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, Sarkisyan İranın regionda olan müsbət roluna işarə edərək bildirib ki, İranın iştirakı olmadan regionda olan problemli məsələlərin, o cümlədən Əfqanıstan və İraq məsələlərinin həlli mümkün deyil. Ermənistan prezidenti İranla əməkdaşlığın genişlənməsini ölkəsinin xalqı üçün çox sərfəli olduğunu bildirib. O, Qafqaz məsələlərinə diqqət yetirdiyinə və həmçinin Qarabağ probleminin həllində öz köməyini əsirgəmədiyinə görə İran tərəfinə təşəkkür edib.
M. Mottəki də öz növbəsində İran prezidenti Mahmud Əhmədinejadın salamını Ser Sərkisyana çatdıraraq İran və Ermənistanın iki tərəfli əlaqələrinin genişlənməsinin tərəfdarı olduğunu və məntəqədə sülh və sabitliyin qonşular üçün olduqca faydalı olduğunu deyib.
Qeyd edək ki səfər çərçivəsində İran və Ermənistanın arasında dəmiryolu xəttinin çəkilməsi, yüksəkvoltlu elektrikötürücü xəttlərin tikilməsi Ermənistanda maye yanacaq anbarının tikilməsi, ikitərəfli ticarət əməkdaşlığının razılaşdırılması ilə bağlı müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR