Bank Of Baku

Ermənistan AŞ PA prezidenti Mövlud Çavuşoğlunun bəyanatlarından narazıdır

Ermənistan AŞ PA prezidenti Mövlud Çavuşoğlunun bəyanatlarından narazıdır
# 28 yanvar 2010 07:53 (UTC +04:00)
Bakı – APA. “Mövlüd Çavuşoğlunun Avropa Şurası Parlament Assambleyasının sədri seçilməsi barədə qərarın mürəkkəbi qurumamış o, bu yüksək postu öz dar maraqlarına tabe etdirərək, eyni zamanda vəzifəsindən sui-istifadə edərək birtərəfli bəyanatlar səsləndirib”. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib. M. Çavuşoğlunun Dağlıq Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə münasibətlərinə dair açıqlamalarını şərh edən T. Balayan aşağıdakıları söyləyib: “Təəssüf doğuran odur ki, Türkiyənin hakim partiyasının yüksək vəzifəli nümayəndəsi ya bilməyərək, ya da əksinə, qəsdən bu cür bəyanatlar verməklə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə zərər vurur. Halbuki belə bir nüfuzlu qurumun rəhbərinin vəzifəsi və missiyası üzv ölkələr arasında fikir ayrılıqlarının aradan qaldırılması olmalıdır. Ermənistan-Türkiyə münasibətləri ilə Dağlıq Qarabağ probleminin həlli prosesinin əlaqələndirilməsi cəhdlərinə gəlincə, bu cəhdlər çoxdan iflasa uğrayıb və beynəlxalq aləm tərəfindən müvafiq qiymətini alıb. Cənab Çavuşoğlunun bəyanatları onun AŞ PA sədri vəzifəsində bundan sonrakı fəaliyyəti ilə bağlı bir sıra şübhələr və suallar doğurub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR