Bank Of Baku

Ukrayna parlamenti daxili işlər nazirini istefaya göndərib

Ukrayna parlamenti daxili işlər nazirini istefaya göndərib
# 28 yanvar 2010 12:36 (UTC +04:00)
Bakı – APA. Ukrayna Ali Radası daxili işlər naziri Yuri Lutsenkonun istefaya göndərilməsi haqqında qərar qəbul edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, zalda qeydiyyatdan keçmiş 398 deputatdan 231-i qərarın lehinə səs verib. (Qərarın qəbulu üçün azı 226 səs tələb olunur.)
Qərar layihəsini təqdim edən Regionlar Partiyası (RP) fraksiyasının rəhbəri, Ali Rada sədrinin 1-ci müavini Aleksandr Lavrinoviç deyib ki, Y. Lutsenkonun vəzifədən kənarlaşdırılması onun seçki qanununu sistematik pozması və prezident seçkiləri öncəsi dəfələrlə seçki kampaniyasına müdaxilə etməyə cəhd göstərməsi ilə bağlıdır. Y. Lutsenko da söz alaraq qərara münasibətini bildirib: “Mən çox gözəl anlayıram ki, seçkilərin ilk turunda mövcud olmuş normal seçki rejimini sındırmaq istəyən siyasi qüvvə var. Sovet kinosunun klassikası - “53-cü ilin soyuq qışı”nı xatırlayıram. Banda kəndi ələ keçirmək istəyir, bunu üçünsə əvvəlcə milisi guppuldatmaq lazımdır. Çox gözəl başa düşürəm ki, naziri aşırtmaqla soyğuna yol açılmış olur”.

Baş nazir Yuliya Timoşçenko isə Y. Lutsenkonun Nazirlər Kabinetinin qərarı ilə daxili işlər nazirinin 1-ci müavini, nazir səlahiyyətlərinin icraçısı təyin olunacağını açıqlayıb: “O, nazirliyə rəhbərliyi davam edəcək və saxtakarlığın qarşısını alacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR