Bank Of Baku

Səhər vəzifədən çıxarılan Ukraynanın daxili işlər naziri günorta yenidən bu posta qayıdıb

Səhər vəzifədən çıxarılan Ukraynanın daxili işlər naziri günorta yenidən bu posta qayıdıb
# 28 yanvar 2010 14:13 (UTC +04:00)
Bakı – APA. Ukrayna Nazirlər Kabineti Ali Rada tərəfindən daxili işlər naziri vəzifəsindən çıxarılan Yuri Lutsenkonun daxili işlər nazirinin 1-ci müavini, nazir səlahiyyətlərinin icraçısı təyin olunması haqqında qərar qəbul edib. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, mətbuat konfransı keçirən Y. Lutsenko nazirliyə rəhbərliyi davam etdirdiyini bildirib: “Mən daxili işlər nazirinin səlahiyyətlərinin icrasına davam edirəm və seçkilərin ikinci turunda da qayda-qanun təmin olunacaq. Anarxiyaya və ölkənin bir siyasi qüvvənin zorakılığına qurban edilməsinə imkan verməyəcəyəm. Söhbət mənim kreslomdan yox, Ukraynada seçki prosesinin sabitliyindən gedir. DİN bunu bacardığını ilk turda sübut edib və ikinci turda da sübut edəcək”.

Xatırladaq ki, yanvarı 28-də səhər Ukrayna Ali Radası daxili işlər naziri Yuri Lutsenkonun istefaya göndərilməsi haqqında qərar qəbul edib. Qərar layihəsini təqdim edən Regionlar Partiyası fraksiyasının rəhbəri, Ali Rada sədrinin 1-ci müavini Aleksandr Lavrinoviç deyib ki, Y. Lutsenkonun vəzifədən kənarlaşdırılması onun seçki qanununu sistematik pozması və prezident seçkiləri öncəsi dəfələrlə seçki kampaniyasına müdaxilə etməyə cəhd göstərməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR