Bank Of Baku

Leonid Kravçuk: “Viktor Yanukoviç prezident seçilərsə, Ukrayna Rusiyanın satellitinə çevrilə bilər”

Leonid Kravçuk: “Viktor Yanukoviç prezident seçilərsə, Ukrayna Rusiyanın satellitinə çevrilə bilər”
# 29 yanvar 2010 09:57 (UTC +04:00)
Bakı – APA. “Viktor Yanukoviç prezident seçilərsə, Ukrayna Rusiyanın satellitinə çevrilə bilər. Bu söz özündə hər şeyi ehtiva edir. Yanukoviçin bu gün verdiyi bəyanatların Ukraynanın Avropa seçiminə aidiyyəti yoxdur”. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bu sözləri prezidentliyə namizəd Yuliya Timoşenkonun səlahiyyətli nümayəndəsi, Ukraynanın birinci prezidenti Leonid Kravçuk deyib. O bildirib ki, suveren Gürcüstanın tərkib hissələri olan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımaqla V. Yanukoviç Venesuela prezidenti Uqo Çaveslə bir sırada dayanmış olub: “Bu, mənim üçün utandırıcıdır. Çünki Rusiyanın ən yaxın müttəfiqi – Belarus prezidenti Aleksandr Lukaşenko da bu addımı atmayıb və bu barədə heç vaxt danışmayıb. Bu, Yanukoviçin tamamilə Rusiya oriyentasiyalı olduğunu göstərir”.

L. Kravçuk 2-ci turda Y. Timoşenkonun qələbə şansının çox yüksək olduğunu bildirib: “Demokratik qüvvələrin bütün namizədlərinin aldıqları səslərin arifmetikası Yanukoviçə səs verənlərin sayından xeyli çox edir”. Sabiq dövlət başçısı ən əvvəl Sergey Tiqipko, Arseni Yasenyuk və Viktor Yuşşenkonun aldığı səsləri nəzərdə tutduğunu söyləyib: “Hətta bu namizədlərə səs vermiş bütün seçicilər Timoşenkoya səs verməsə belə, yenə də onun şansı yüksək olaraq qalacaq. İlk turda 12 milyon insan iştirak etməyib. Biz ümid edirik ki, Timoşenkoya səs verəcək seçicilərin çoxu məntəqələrə gələcək”.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu fevralın 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR