Bank Of Baku

Ukraynada daxili işlər naziri vəzifəsi uğrunda mübarizə davam edir

Ukraynada daxili işlər naziri vəzifəsi uğrunda mübarizə davam edir
# 29 yanvar 2010 13:45 (UTC +04:00)
Bakı – APA. Kiyev Dairə Məhkəməsi parlamentin istefaya göndərdiyi daxili işlər naziri Yuri Lutsenkonu daxili işlər nazirinin 1-ci müavini, nazir səlahiyyətlərinin icraçısı təyin edən Nazirlər Kabinetinin qərarının icrasını dayandırıb. APA-nın “Ukrainskiye novosti”yə istinadən verdiyi məlumata görə, məhkəmə Regionlar Partiyasından olan deputat Vladislav Lukyanovun bununla bağlı iddiasını təmin edib.
Xatırladaq ki, yanvarı 28-də səhər Ukrayna Ali Radası daxili işlər naziri Yuri Lutsenkonun istefaya göndərilməsi haqqında qərar qəbul edib. Qərar layihəsini təqdim edən Regionlar Partiyası fraksiyasının rəhbəri, Ali Rada sədrinin 1-ci müavini Aleksandr Lavrinoviç deyib ki, Y. Lutsenkonun vəzifədən kənarlaşdırılması onun seçki qanununu sistematik pozması və prezident seçkiləri öncəsi dəfələrlə seçki kampaniyasına müdaxilə etməyə cəhd göstərməsi ilə bağlıdır. Lakin günorta saatlarında Nazirlər Kabineti Y. Lutsenkonun daxili işlər nazirinin 1-ci müavini, nazir səlahiyyətlərinin icraçısı təyin olunması haqqında qərar qəbul edib
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR