Bank Of Baku

Münhendə Ermənistan və Türkiyənin xarici işlər nazirləri arasında görüş olmayacaq

Münhendə Ermənistan və Türkiyənin xarici işlər nazirləri arasında görüş olmayacaq
# 29 yanvar 2010 13:58 (UTC +04:00)
Bakı – APA. “Münhendə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında görüş planlaşdırılmayıb”. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, bunu Ermənistan XİN-in KİV-lə əlaqələr şöbəsinin rəhbəri Tqiran Balayan deyib. O, E. Nalbandyanın Mühnenə getməyəcəyini və belə bir görüşün də olmayacağını söyləyib.

Xatırladaq ki, Londonda Ə. Davudoğlu ilə E. Nalbandyan arasında görüş keçirilib. Nazirlərin gələn həftə Almaniyanın Münhen şəhərində keçiriləcək təhlükəsizlik konfransında bir daha görüşmək barədə razılığa gəldikləri barədə xəbərlər yayılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR