Bank Of Baku

Gürcüstanda Rusiyanın xeyrinə casusluqda ittiham olunan politoloq 20 il müddətinə azadlıqdan məhrum edilib

Gürcüstanda Rusiyanın xeyrinə casusluqda ittiham olunan politoloq 20 il müddətinə azadlıqdan məhrum edilib
# 29 yanvar 2010 18:28 (UTC +04:00)
Bakı-APA. Tiflis Şəhər Məhkəməsində bu gün keçirilmiş prosesdə Rusiyanın xeyrinə casusluqda ittiham olunan politoloq Vaxtanq Maisaya 20 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın İnterfaks-a istinadən verdiyi məlumata görə, istintaq V.Maisayanın 2008-ci ilin avqust ayında Cənubi Osetiya ilə bağlı hərbi münaqişə zamanı hərbi xarakterli əməliyyat məlumatlarını Rusiya xüsusi xidmət orqanlarına ötürdüyü qənaətinə gəlib.

V.Masisayanın vəkili Natiya Korkotadze jurnalistlərə açıqlamasında bildirib ki, müttəhim politoloq ona qarşı irəli sürülən ittihamı rədd edərək özünü günahsız sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR