Bank Of Baku

Tiflisdə “Gender və siyasət” layihəsinin təqdimatı keçirilib

Tiflisdə “Gender və siyasət” layihəsinin təqdimatı keçirilib
# 29 yanvar 2010 20:05 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə İsveçrənin Beynəlxalq İnkişaf Agentliyinin (UNDR) və Gürcüstan Parlamentinin dəstəyi ilə “Gender və siyasət” layihəsinin iki günlük təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yanvarın 28-29-da keçirilən tədbir tədbirdə Gürcüstan parlamentinin vitse-spikeri, parlamentin nəzdində gender bərabərliyi məsləhətləşmə şurasının sədri Rusudan Kervalişvili, İsveçrə səfirliyinin proqramlar (Sida) zabiti Luis Bermşo, BMT Beynəlxalq İnkişaf Agentliyinin (UNDR) sədr müavini İnita Pauloviça və digər ekspertlər çıxış edərək Gürcüstanda gender bərabərliyi barədə fikirlərini bildiriblər.

Sonra gender məsələlərinin qiymətləndirilməsi məqsədi ilə aparılmış təhqiqatların nəticələri müzakirə olunub. Tədbirdə qeyd olunub ki, aparılan təhqiqatlar təsdiq edir ki, gender cəmiyyətin və sosial fərdin mədəni və siyasi aspektlərini əhatə edir. Qeyd olunub ki, gender siyasətinin təsiri etnik azlıqlar və qaçqınların həyatındakı real vəziyyətdə daha çox hiss edilir. Tədbirdə Gürcüstan siyasətinin maliyyə aspektləri də müzakirə olunub.

Gürcüstan parlamentinin vitse-spikeri R.Kervalişvili APA-ya bildirib ki, bu gün burada təqdimatını keçirdiyimiz gender siyasəti ekspertlər qrupu tərəfindən hazırlanmış bir layihədir: ”Fikrimcə bu layihə cəmiyyət üçün, bu problemin həlli ilə məşğul olan insanlar üçün çox vacib olan bir sənəddir. Ümumiyyətlə, cəmiyyətdə bərabərlik ən başlıca rol oynayan amillərdən biridir. Qeyd edim ki, təqdimatını keçirdiyimiz bu layihə 2015-ci ilə qədər nəzərdə tutulub”.

Tədbirin sonunda mətbuat konfransı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR