Bank Of Baku

Gömrük inspektoru Gürcüstana konyak keçirərkən yaxalanıb

Gömrük inspektoru Gürcüstana konyak keçirərkən yaxalanıb
# 29 yanvar 2010 20:50 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Maliyyə İstintaq Xidmətinin əməkdaşları tərəfindən Sadaxlı dəmiryol gömrük-buraxılış məntəqəsinin inspektoru Aleksandr Kuralişvili və Yerevan-Tiflis qatarının işçisi Susanna Poqosyan saxlanılıb.

Departamentdən verilən xəbərə görə, onları aksiz markaları olmayan malları gömrükdən keçirərkən saxlayıblar. A.Kuraşvili və S.Poqosyan satmaq məqsədi ilə Ermənistandan Gürcüstana aksizi olmayan onlarla konyak içkisi gətirmək faktı ilə təqsirli bilinirlər.

Faktla bağlı cinayət işi qaldırılıb Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən araşdırma başlayıb. Saxlanılan şəxsləri 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR