Bank Of Baku

“Gürcüstanla İran arasında viza rejimi qaldırıla bilər”- İranın Gürcüstandakı səfiri

“Gürcüstanla İran arasında viza rejimi qaldırıla bilər”- İranın Gürcüstandakı səfiri
# 07 fevral 2010 16:30 (UTC +04:00)
Səfirin sözlərinə görə, hazırda bu məsələ müzakirə mərhələsindədir: “İran İslam Respublikasının ümumi siyasəti budur ki, bütün qonşu region ölkələri ilə elə şərait yaratsın ki, ölkələr arasında sərbəst gediş-gəliş mümkün olsun. Təbii ki, bu baxımdan Gürcüstanla İran arasında viza rejiminin ləğv olunması bizim gündəliyimizdə var. Lakin bunun nə zaman həyata keçiriləcəyini zaman göstərəcək”.

Səfir Azərbaycanla İran arasında viza rejiminin Gürcüstandan öncə birtərəfli qaydada qaldırılması məsələsinə də münasibət bildirib: “İranla Azərbaycan arasında əlaqələr daha çoxdur. Ona görə də Azərbaycanla aramızda olan viza rejiminin götürülməsi birinci növbədə həyata keçirildi. Amma yaxın vaxtlarda Gürcüstanla da İran arasında sərbəst gediş-gəliş mümkün olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR