Bank Of Baku

Viktor Yanukoviç: “Yuliya Vladimirovna istefaya hazırlaşmalıdır”

Viktor Yanukoviç: “Yuliya Vladimirovna istefaya hazırlaşmalıdır”
# 08 fevral 2010 08:45 (UTC +04:00)
Bakı – APA. Ukraynada prezident seçkilərinin ikinci turunda rəqibindən öndə olan Regionlar Partiyasının lideri Viktor Yanukoviç xalqı qələbə münasibətilə təbrik edib. APA-nın “Ukrainskya pravda”ya istinadən verdiyi xəbərə görə, V. Yanukoviç “5-ci kanal”da yayımlanan müraciətində ikinci turda ona səs verən bütün seçicilərə təşəkkür edib: “Biz bu günün gəlib çatması üçün sizinlə bərabər inadla çalışdıq. Mən bizim ümumi işimizə - dəyişikliklər uğrunda mübarizəyə verdiyiniz dəstəyə görə sizə minnətdaram. Bu gün dünya sizin azad və ədalətli seçkilər vasitəsilə ifadə olunan səsinizi eşitdi. Mən sizin etimadınızı doğruldacağam”.

V. Yanukoviç seçkilərdə Yuliya Timoşenkonu və digər namizədləri dəstəkləmiş və məyus olmuş seçicilərə vəd edib ki, onların da etimadını qazanmağa çalışacaq: “Hesab edirəm ki, Ukraynada istənilən prezidentin vəzifəsi ölkənin şərqinin, qərbinin, şimalının və cənubunun birləşdirilməsi, vətəndaşlarımızın vahid xalq kimi bir araya gətirilməsidir. Bu məqsədə nail olunması mənim başlıca vəzifəmdir”.

V. Yanukoviç “İnter” telekanalına müsahibəsində isə Y. Timoşenkoya baş nazir vəzifəsində istefa verməyə hazırlaşmağı tövsiyə edib: “Bu seçkilərdə Yuliya Timoşenko göstərdi ki, güclü namizəd və opponent olub. Onun məğlubiyyətini ləyaqətlə qəbul etməsi, bu yolu sona qədər getməsi vacibdir. Vaxtilə mən bunu etmişdim və o, baş nazir olmuşdu”.

V. Yanukoviç parlamentdə yeni koalisiya yaratmağa çalışacağını açıqlayıb: “Hesab edirəm ki, Yuliya Vladimirovna istefaya hazırlaşmalıdır. O, bunu yaxşı anlayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR