Bank Of Baku

Yuliya Timoşenko: “Son protokol sayılana qədər heç kim özünü qalib elan etməsin”

Yuliya Timoşenko: “Son protokol sayılana qədər heç kim özünü qalib elan etməsin”
# 08 fevral 2010 09:00 (UTC +04:00)
Bakı – APA. Ukraynanın baş naziri, prezidentliyə namizəd Yuliya Timoşenko opponentlərini son protokol sayılana qədər özlərini qalib edib bayram keçirməməyə çağırıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Y. Timoşenko keçirdiyi brifinqdə ona səs verən seçicilərə təşəkkür edib: “Əminəm ki, bu insanlar çoxluqdadır. Tarixdə belə nümunələr var ki, kimsə prezident elan olunur, ona vəsiqə verilir, lakin sonra hər şey başqa cür olur”.

Baş nazirin fikrincə, hər şey onun komandasının yerlərdə nəticələri necə müdafiə edəcəyindən asılı olacaq: “Mən onların hamısını hər protokol, hər yekun akt, hər səs uğrunda mübarizə aparmağa çağırıram. Bir dəqiqə belə arxayınlaşmaq olmaz. Bir səs Ukraynanın taleyini həll edə bilər”.

Qeyd edək ki, bülletenlərin 92,83%-i sayıldıqdan sonra Viktor Yanukoviçin 48,44%, Yuliya Timoşenkonun isə 45,92% səs topladığı açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR