Bank Of Baku

Dmitri Medvedevlə Viktor Yanukoviç arasında telefon danışığı olub

Dmitri Medvedevlə Viktor Yanukoviç arasında telefon danışığı olub
# 09 fevral 2010 14:57 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedevlə Ukrayna Regionlar Partiyasının lideri Viktor Yanukoviç arasında telefon danışığı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, D. Medvedev beynəlxalq müşahidəçilərin yüksək qiymət verdiyi seçki kampaniyasının başa çatması və qazandığı uğur münasibətilə V. Yanukoviçi təbrik edib. Hələ rəsmi nəticələr elan edilmədiyi üçün D. Medvedev “qələbə” sözünü deyil, “uğur” sözünü işlədib. Bundan başqa, Kremlin mətbuat xidmətinin məlumatında V. Yanukoviç prezident kimi deyil, prezidentliyə namizəd kimi təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR