Bank Of Baku

Protokolların 99,99%-i işlənib: Yanukoviç Timoşenkodan 3,48% irəlidədir

Protokolların 99,99%-i işlənib: Yanukoviç Timoşenkodan 3,48% irəlidədir
# 09 fevral 2010 20:14 (UTC +04:00)
Ukrayna prezidentliyinə namizəd Viktor Yanukoviç seçicilərin 48,95%-nin, onun rəqibi Yuliya Timoşenko isə 45,47%-nin səsini toplayıb.

APA-nın məlumatına görə, Ukrayna Mərkəzi Seçki Komissiyası seçki protokollarının 99,99%-nin işlənməsindən sonra bu nəticələri elan edib.

Yanukoviçə 12 mln. 480 min 348, Timoşenkoya isə 11 mln. 593 min 202 seçici səs verib.

Beləliklə, iki namizəd arasında fərq 3,48%-dir.

Seçicilərin 4,36%-i heç kimə səs verməyib.

MSK-nın işində fevralın 10-u saat 10-dək fasilə elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR