Bank Of Baku

Ukrayna Mərkəzi Seçki Komissiyası səslərin elektron hesablanmasını başa çatdırıb

Ukrayna Mərkəzi Seçki Komissiyası səslərin elektron hesablanmasını başa çatdırıb
# 10 fevral 2010 11:13 (UTC +04:00)
Bakı – APA. Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrinin elektron hesablanmasını başa çatdırıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Regionlar Partiyasının lideri Viktor Yanukoviç 48,95%, baş nazir Yuliya Timoşenko isə 45,47% səs toplayıb. V. Yanukoviçə 12 milyon 481 min 268 seçici, Y. Timoşenkoya 11 milyon 593 min 340 seçici səs verib. Seçicilərin 4,36%-i (1 milyon 113 min 51 nəfər) hər iki namizədin əleyhinə səs verib.

MSK protokolların orijinalları əsasında hesablama apardıqdan sonra rəsmi nəticələri elan edəcək. Bundan sonra yeni prezidentin andiçmə mərasimi keçilməlidir. Lakin Y. Timoşenko nəticələrin ləğvi üçün məhkəməyə müraciət edəcəyini açıqladığı üçün andiçmə mərasimi məhkəmənin yekun qərarından sonra olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR