Bank Of Baku

Viktor Yanukoviç Yuliya Timoşenkonu baş nazir postundan istefa verməyə çağırıb

Viktor Yanukoviç Yuliya Timoşenkonu baş nazir postundan istefa verməyə çağırıb
# 10 fevral 2010 14:14 (UTC +04:00)
Kiyev-APA. Regionlar Partiyasının lideri Viktor Yanukoviç baş nazir Yuliya Timoşenkonu istefa verməyə və könüllü şəkildə müxalifətə keçməyə çağırıb. APA-nın məlumatına görə, partiyanın rəsmi saytında yerləşdirilən müraciətdə bildirilir ki, bu çağırış rəsmi xarakter daşıyır. Yanukoviç həmçinin hazırkı parlament koalisiyasını fəaliyyətini dayandırmağa və yeni koalisiya quruculuğu üçün yolu açmağa səsləyib. Yanukoviçin fikrincə baş nazirin müxalifətə keçməsi və yeni parlament çoxluğunun formalaşdırılması – xalqın iradəsinin reallaşması və Ukraynanın doğurdan da demokratik dövlət olduğunu isbatlamaq üçün yeganə ağıllı yoldur. O həmçinin prezident vəzifəsində atacağı ilk addımları da açıqlayıb. Regionlar Partiyasının lideri ölkənin maliyyə və iqtisadi durumunun tam auiditini aparacağını bildirib. Yanukoviç eyni zamanda Ukraynanın dövlət quruluşu ilə bağlı islahatların açılması istiqamətində ictimai diskussiyalara da başlamaq niyyətindədir. Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda Viktor Yanukovişin qalib gəldiyini açıqlayıb. Lakin onun rəqibi – baş nazir Yuliya Timoşenko öz məğlubiyyətini etiraf etməkdən imtina edir. Baş nazir hələlik atacağı növbəti addımlara aydınlıq gətirməyib. Onun tərəfdaşlarının bir hissəsi Timoşenkonun müxalifətə keçəcəyini düşünür, digər bir hissə isə onun baş nazir postunda qalacağını və seçkilərin nəticələrini tanımayacağını iddia edir. Yuliya Timoşenkonun seçki qərargahından bildiriblər ki, onlar Donetsk, Luqansk vilayətlərində və Krımda səslərin yenidən sayılması ilə bağlı iddia qaldırmağa hazırlaşırlar. Viktor Yanukoviç məhz bu bölgələrdə seçkilərə qatılan vətəndaşların böyük əksəriyyətinin səsini toplayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR