Bank Of Baku

Serj Sarkisyan Türkiyə ilə imzalanmış protokolları parlamentə göndərməyə hazırlaşır

Serj Sarkisyan Türkiyə ilə imzalanmış protokolları parlamentə göndərməyə hazırlaşır
# 10 fevral 2010 15:25 (UTC +04:00)
Bakı – APA. Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə imzalanmış protokolları ratifikasiya prosesinin başlaması üçün parlamentə göndərəcəyini bəyan edib. APA-nın “Armenia today” portalına istinadən verdiyi məlumata görə, S. Sarkisyan bunu Böyük Britaniyanın “Chatham House” beynəlxalq münasibətlər institutunda çıxışında deyib. O, Londona səfərindən dərhal sonra öz aparatının əməkdaşlarına protokolları parlamentə göndərməyi tapşıracağını açıqlayıb. S. Sarkisyan bildirib ki, protokollar Türkiyə parlamenti tərəfindən qeyd-şərtsiz ratifikasiya edilərsə, Ermənistan parlamentində təsdiqlənməməsi mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR