Bank Of Baku

Yuliya Timoşenko baş nazir vəzifəsindən istefa vermək təklifini rədd edib

Yuliya Timoşenko baş nazir vəzifəsindən istefa vermək təklifini rədd edib
# 10 fevral 2010 16:35 (UTC +04:00)
Bakı – APA. Ukrayna Ali Radasının “Yuliya Timoşenko Bloku”ndan olan deputatı Andrey Şkil Yuliya Timoşenkonun hələlik baş nazir postundan istefaya getmək barədə düşünmədiyini bildirib.

APA-nın məlumatına görə, A.Şkil deyib ki, bu, yalnız yeni parlament koalisiyasının yaradılması haqda sazişin imzalanmasından sonra baş verə bilər.

“Əgər bu gün saziş imzalansa və sabah koalisiyanın yaradılması bəyan edilsə, yeni prezident də baş nazir vəzifəsinə namizədini irəli sürsə, o zaman Timoşenko istefa verə bilər” – deyə deputat qeyd edib.

Bununla da Yuliya Timoşenkonu istefaya, parlament koalisiyasını isə özünü buraxmağa çağıran Viktor Yanukoviçə qarşı tərəfdən cavab gəlib. Baş nazirin özü isə prezident seçkilərinin qalibinin təklifinə heç bir reaksiya verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR