Bank Of Baku

Yuliya Timoşenko istefaya hazırlaşmır

Yuliya Timoşenko istefaya hazırlaşmır
# 11 fevral 2010 12:06 (UTC +04:00)
Bakı – APA. Ukrayna baş nazirinin birinci müavini Aleksandr Turçinov hökumətin istefasına əsas görmədiyini bəyan edib. APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, A. Turçinov parlamentdə Regionlar Partiyasının iştirakı ilə yeni koalisiyanın formalaşacağına şübhə etdiyini deyib: “Hökumət Konstitusiya çərçivəsində çalışır. Hökumət yalnız Ali Radanın dəyişdiyi təqdirdə istefaya gedir, bu da Konstitusiya normasıdır”.

Əmək və sosial siyasət naziri Lüdmila Denisova isə baş nazir Yuliya Timoşenkonun ictimaiyyət qarşısında çıxışa hazırlaşdığını açıqlayıb. L. Denisova baş nazirin niyə susduğu barədə jurnalistlərin sualına belə cavab verib: “O, susmur. Mən onunla görüşdüm, fraksiya da görüşdü. İndi Yuliya Vladimirovna çıxışa hazırlaşır. Biz seçkinin nəticələri ilə razı deyilik, çünki kütləvi saxtakarlığa yol verilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR