Bank Of Baku

Rəsmi Varşava Polşa prezidentinin təyyarəsinin qəzaya uğraması ilə bağlı müstəqil araşdırma aparacaq

Rəsmi Varşava Polşa prezidentinin təyyarəsinin qəzaya uğraması ilə bağlı müstəqil araşdırma aparacaq
# 10 aprel 2010 13:44 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisənin səbəblərini araşdıracaq qrupa Polşanın baş hərbi prokuroru polkovnik Kristofer Parulski rəhbərlik edəcək. Artıq yaxın vaxtlar Polşa prokurorluğunun ekspertləri Smolenskə gələcək.

Qeyd edək ki, Rusiyanın tərəfinin yaratdığı xüsusi komissiyanın sədri, baş nazir Vladimir Putin polşalı həmkarı Donald Tuskla ilə telefon danışığında rəsmi Moskvanın istintaqın aparılmasına istənilən yardımı göstərəcək.

Hazırda RF prokurorluğu özü araşdırma aparır və qəzanın ehtimal olunan üç əsas versiyası ətrafında müzakirələr aparılır. Rusiyalı müstəntiqlərin fikrincə, qəzaya pis hava şəraiti, təyyarə ekipajının səhvi və texniki nasazlıq səbəb ola bilərdi.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 12:00 radələrində Smolensk vilayətində Polşa prezidentinin qəzaya uğramış təyyarəsinin göyərtəsində 96 nəfər olub və onların hamısı həlak olub. Polşa nümayəndə heyəti Katın hadisələri ilə bağlı keçiriləcək xatirə tədbirlərində iştirak etmək üçün Rusiyaya gəlirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR