Bank Of Baku

Dağıstanda 2 silahlı öldürülüb

Dağıstanda 2 silahlı öldürülüb
# 13 aprel 2010 07:00 (UTC +04:00)
Bakı – APA. Dağıstanın Qarabudaqkənd rayonunda iki gündür davam edən xüsusi əməliyyat zamanı 2 silahlı öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, öldürülənlərin Maqomedali Vahabovun dəstə üzvləri olduğu bildirilir. Onlardan birinin əcnəbi muzdlu olduğu güman edilir. Əməliyyat zamanı Rusiya Daxili Qoşunlarının 3 əməkdaşı həlak olub, 7-si yaralanıb.

Xatırladaq ki, əməliyyat aprelin 11-də Qarabudaqkənd rayonunun Qubden kəndi yaxınlığında 40-a yaxın silahlının mühasirəyə alınmasından sonra başlayıb. Dəstəyə M. Vahabovun başçılıq etdiyi güman olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR