Bank Of Baku

Bakıda MDB-nin Gənclərlə İş üzrə Şurasının iclası başlayıb

Bakıda MDB-nin Gənclərlə İş üzrə Şurasının iclası başlayıb
# 13 aprel 2010 10:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Gənclərlə İş üzrə Şurasının iclası keçirilir. APA-nın məlumatına görə, iclasda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Moldova, Rusiya və Tacikistanın hökumət nümayəndələri iştirak edir.

Toplantının açılışında çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 2005-ci ildə MDB hökumət başçılarının razılığına əsasən ildə iki dəfə iştirakçı dövlətlərin Gənclərlə İş üzrə Şurasının yığıncağının keçirilməsi qərara alınıb. Şuranın son iclası 2009-cu ilin noyabrında Astanada keçirilib. A. Rəhimov deyib ki, sərhədlərə, siyasi münasibətlərə baxmayaraq, müxtəlif ölkələrin gəncləri arasında müxtəlif növlərdə layihələr həyata keçirilməli və təcrübə mübadiləsi aparılmalıdır.

Bakı toplantısında MDB-də gənclər ilinin ümumi nəticələri, şuraya üzv dövlətlərin gələcək planları müzakirə olunacaq, 2010-cu ilin fəaliyyət proqramı işlənəcək və qurumun əsasnaməsinə dəyişiklik ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR