Bank Of Baku

14 aprel Gürcüstanda Ana Dili Günü kimi qeyd olunur

14 aprel Gürcüstanda Ana Dili Günü kimi qeyd olunur
# 13 aprel 2010 22:05 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə 32 il bundan əvvəl Ana Dilinin müdafiəsi uğrunda kütləvi çıxışlar olub. Xalq öz Ana dilinin dövlət dili elan olunması uğrunda mübarizəyə qalxıb. Bu hadisədən sonra Gürcüstan Konstitusiyasında gürcü dilinə dövlət statusu verilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstan Diaspora Məsələləri üzrə Dövlət Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilib ki, Gürcüstanda hər ilin aprelin 14-ü Ana Dili Günü kimi bayram edilir: “Bu bayramla əlaqədar Tiflisdəki Milli Əlyazmalar Mərkəzində “Gürcü kalliqrafiyası” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Tədbirə diaspor məsələləri üzrə dövlət naziri Mirzə (Papuna) Davitaya, Gürcüstan təhsil və elm naziri Dmitri Şaşkin və Milli Əlyazmalar Mərkəzinin direktoru Baba Kudava qatılacaqlar.

Mətbuat xidmətindən verilən xəbərə görə, gürcü kalliqrafiyasına həsr olunmuş müsabiqədə İran, Rusiya, Türkiyə, ABŞ, Almaniya, Estoniya və Özbəkistandan gəlmiş gürcü diaspora nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Ana Dili Günü 1978-ci il aprelin 14-də baş vermiş hadisələrə görə hər il bayram kimi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR