Bank Of Baku

Dmitri Medvedev: “Kurmanbek Bakiyevin işinin nəticəsi ortadadır”

Dmitri Medvedev: “Kurmanbek Bakiyevin işinin nəticəsi ortadadır”
# 14 aprel 2010 13:00 (UTC +04:00)
Bakı – APA. “Moskva Qırğızıstandakı ABŞ hərbi bazasını taleyi ilə bağlı Bişkekin qərarına qarışmır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Dmitri Medvedev Vaşinqtondakı Brukinqs İnstitutunda çıxış edərkən deyib. Rusiyanın ABŞ hərbi bazasının Qırğızıstandan çıxarılmasında maraqlı olduğuna dari sualı cavablandıran D. Medvedev bildirib ki, Rusiya digər dövlətlərin suveren qərarlarına etiraz edə bilməz: “Bizim xoşumuza gələ və ya gəlməyə bilər, lakin bu, Qırğızıstan rəhbərliyinin qərarıdır”.

D. Medvedev ironik tərzdə Kurmanbek Bakiyevi sözünə ardıcıllıqla əməl edən insan adlandırıb. Onun sözlərinə görə, Bakiyev əvvəlcə ABŞ bazasını ləğv etmək niyyətində olduğunu dilə gətirib, sonra isə eyni ardıcıllıqla tranzit yük daşımaları üçün bazanı saxlamağı qərara alıb: “Məncə ardıcıllıq həmişə siyasətçi üçün yaxşı xarakterdir. Bir insan nə qədər ardıcıl olarsa, o qədər yaxşı nəticələr qazanar. Qırğızıstanın indiki prezidentinin işinin nəticəsi ortadadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR