Bank Of Baku

Sergey Kiriyenko: Buşer AES avqustda istifadəyə veriləcək

Sergey Kiriyenko: Buşer AES avqustda istifadəyə veriləcək
# 15 aprel 2010 04:58 (UTC +04:00)
Bakı-APA. Buşer AES avqustda istifadəyə veriləcək. «Rosatom»un rəhbəri Sergey Kiriyenko bu barədə məlumat verib.

«Biz qrafikə uyğun şəkildə işləyirik», deyə o bildirib.

Kiriyenkonun sözlərinə görə, İrana tətbiq edilməsi tələb olunan sanksiyaların Buşerə aidiyyatı yoxdur.

«Bu AES heç kimdə sual doğurmur və hamıya aydındır ki, Buşer nüvə silahının yayılmaması rejiminə heç bir təhlükə törətmir», deyə «Rosatom»un şefi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR