Bank Of Baku

Qırğızıstanın Oş şəhərində Kurmanbek Bakiyevin tərəfdarları ilə müvəqqəti hökumətin tərəfdarları arasında qarşıdurma yaranıb

Qırğızıstanın Oş şəhərində Kurmanbek Bakiyevin tərəfdarları ilə müvəqqəti hökumətin tərəfdarları arasında qarşıdurma yaranıb
# 15 aprel 2010 08:40 (UTC +04:00)
Bakı – APA. Aprelin 15-də Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin tərəfdarları Oş şəhərində mitinq keçirməyə cəhd göstərib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Oş meydanında müvəqqəti hökumətin və Bakiyevin tərəfdarları arasında qarşıdurma yaranıb. Müvəqqəti hökumətin tərəfdarları Bakiyevin bir neçə yüz tərəfdarını meydandan sıxışdırıb. Prezidentin mühafizəçiləri havaya atəş açıblar. Mitinqdə çıxış etmək istəyən K. Bakiyev avtomobilə əyləşdirilərək yüksək sürətlə hadisə yerindən uzaqlaşdırılıb. Hazırda meydanda yüzlərlə milis əməkdaşı asayişi təmin etməyə çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR