Bank Of Baku

Belarus prezidenti Aleksandr Lukaşenko Kurmanbek Bakiyevi dəstəklədiyini bəyan edib

Belarus prezidenti Aleksandr Lukaşenko Kurmanbek Bakiyevi dəstəklədiyini bəyan edib
# 15 aprel 2010 09:25 (UTC +04:00)
Minsk-APA. Belarus prezidenti Aleksandr Lukaşenko aprel hadisələri ilə bağlı Qırğızıstan prezidenti Kurmanbek Bakiyevə yönələn ittihamları əsassız sayır. APA-nın “BELTA”ya istinadən yaydığı məlumata görə, prezident bildirib ki, ölkə rəhbərliyinin üsyançılara qarşı güc tətbiq etmək hüququ vardı: “Hakimiyyəti özünü müdafiə etmək üçün güc tətbiq edib deyə, Bakiyevi qınamaq lazım deyil. Əgər hakimiyyət özünü müdafiə etməyə qadir deyilsə, o nə hakimiyyətdir? Əgər bu hadisələr mənim ölkəmdə baş versəydi və kimsə insanları güllə altına sürükləsəydi, hər kəs lazımınca payını alardı”.

Qırğızıstanda baş verən hadisələri şərh edən Lukaşenko bildirib ki, Bakiyevin büdcədəki pulları mənimsəməsi ittihamları da əsassızdır: “Bakiyev ölkə-ölkə gəzib, kredit axtarırdı və pulları istilik-elektrik stansiyasının tikintisinə sərf edirdi”. Lukaşenko Qırğızıstanda baş verən hadisələrə beynəlxalq reaksiyanı şərh edərkən Rusiya və ABŞ-ın mövqeyini “pis və uzaqgörənlikdən uzaq mövqe” kimi dəyərləndirib: “Moskva və Vaşinqton Qırğızıstanda dövlət çevrilişini sərt şəkildə pisləməli idi, lakin onlar bunu etmədilər. ABŞ susur, Rusiyanın hansı bəyanatlar verdiyi isə hər kəsə məlumdur. Qırğızıstanda baş verən son hadisələrin arxasında kimin dayandığını bilmirəm, lakin zaman keçdikcə hər şey üzə çıxacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR