Bank Of Baku

Qırğızıstanın müvəqqəti hökuməti Kurmanbek Bakiyevin şərtlərini rədd edib

Qırğızıstanın müvəqqəti hökuməti Kurmanbek Bakiyevin şərtlərini rədd edib
# 15 aprel 2010 13:03 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın müvəqqəti hökuməti prezident Kurmanbek Bakiyevin şəxsi təhlükəsizliyi istisna olmaqla, onun heç bir şərtini qəbul etmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu müvəqqəti hökumətin başçısı Roza Otunbayeva deyib. K. Bakiyevin istefasının şərtləri barədə sualı cavablandıran R. Otunbayeva prezidentlə birbaşa danışıqlar aparmadıqlarını və ölkədə fəaliyyət göstərən bütün beynəlxalq təşkilatların onu düşünməyə çağırdıqlarını söyləyib: “Biz onun heç bir şərtini qəbul etmək fikrində deyilik. Yalnız Bakiyevin şəxsi təhlükəsizliyindən söhbət gedə bilər”.

Xatırladaq ki, K. Bakiyev onun və ailə üzvlərinin təhlükəsizliyinə təminat veriləcəyi təqdirdə istefaya gedəcəyini açıqlamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR