Bank Of Baku

Tiflisdə müxalifət parlament qarşısında izdihamlı mitinq keçirib- FOTOSESSİYA

Tiflisdə müxalifət parlament qarşısında izdihamlı mitinq keçirib- <font color=red>FOTOSESSİYA</font>
# 15 aprel 2010 17:02 (UTC +04:00)
APA-nın məlumatına görə, mitinqdə çoxsaylı əhali ilə yanaşı müxalifət liderlərindən Nino Burcanadze, Qoqa Xaindrava, Koba Davitaşvili, Levan Qaçeçiladze, Sozar Subari, Malxaz Qulaşvili, Eka Beseliya və başqaları iştirak ediblər. Mitinqdə çıxış edən müxalifət nümayəndələri hökumətdən və prezidentdən günahsız tutulub saxlanılan siyasi məhbusların buraxılmasını tələb ediblər.

Nino Burcanadze APA-ya açıqlamasında bildirib ki, bu günkü mitinq Gürcüstanda siyasi məhbusların həbsdə saxlanıldığına görə təşkil olunub. “Onlar günahsızdır. Ölkədə demokratiya və azad məhkəmə yoxdur. Biz mübarizə aparacağıq ki, bu insanlar azad olunsun və ölkədə real demokratiya olsun. Biz bir nəfər qalanadək mübarizəmizi davam etdirəcəyik.”

“Georgian Times” media holdinqin prezidenti, “Azri” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Malxaz Qulaşvili APA-ya bildirib ki, bu gün Gürcüstanda siyasi fəallar tutulublar: “İndiki hakimiyyət siyasi məhbusların ailələrinə iqtisadi təsirlər edir. Təəssüf ki, Avropa Şurası qeyd edir ki, Gürcüstanda siyasi məhbuslar yoxdur. Biz ölkəmizdə siyasi məhbusların olduğunu bilirik. Gürcüstanı diktatura, avtotitarizm, totalitarizm idarə edir. Baxın, bütün bu adamlar mitinqə siyasi məhbusları azad etmək üçün birləşiblər. Onlar bundan əvvəl özləri bir-biri ilə mübarizə aparırdılar. Lakin Saakaşvili hakimiyyəti bu xalqı onların əleyhinə mübarizə aparmaq üçün “şərait” yaradıb. Burada keçmiş prezidentlərdən Zviad Qamsaxurdiyanın, Eduard Şevardnadzenin adamları var. Mitinq iştirakçıları bu qısa zaman ərzində birləşiblər. Keçmiş prezident Qamsaxurdiyanın oğlu hakimiyyət üçün nə təhlükə törədirdi? Ona heç nədən 9 il yarım iş veriblər. Bu, dözülməzdir. Onun günahını sübut edə bilmirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR