Bank Of Baku

Kurmanbek Bakiyevin tərəfdarları silahları təhvil verməyə başlayıblar

Kurmanbek Bakiyevin tərəfdarları silahları təhvil verməyə başlayıblar
# 16 aprel 2010 09:10 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstan prezidentinin qardaşları və tərəfdarları müvəqqəti hökumətlə danışıqlardan sonra silahı təhvil verməyə başlayıblar. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, onlar silahı Bakiyevin göstərişi ilə təhvil verdiklərini bildiriblər. Silahların təhvil verilməsi, Kurmanbek Bakiyevin qohumlarının həyat və təhlükəsizliyinə qarantiya verilməsi ilə bağlı danışıqlar prezidentin ata evində aparılır. Cəlalabad şəhər prokuroru artıq beş silahın təhvil verildiyini deyib. Lakin silahların təhvil verilməsi prosesində prezident və müvəqqəti hökumət tərəfdarları arasında dava düşdüyü də bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR