Bank Of Baku

Qızıl Meydandakı paradda ilk olaraq Azərbaycan hərbçiləri keçid edəcəklər

Qızıl Meydandakı paradda ilk olaraq Azərbaycan hərbçiləri keçid edəcəklər
# 06 may 2010 10:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Moskvada Mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş hərbi paradda ilk keçid edən Azərbaycan hərbçiləri olacaq. APA-nın məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Anatoli Serdyukov «Rossiyskaya qazeta”ya müsahibəsində deyib.
O bildirib ki, antihitler koalisiyasından paradda 225 hərbçi, MDB və Polşadan 790 əsgər və zabit iştirak edəcək. Hər ölkəni 70 hərbçinin təmsil edəcəyini söyləyən nazir, onların tribuna önündən ölkələrin əlifba sırası ilə adına uyğun keçəcəyini bildirib. Azərbaycan hərbçilərindən sonra Böyük Britaniya, ABŞ və Fransa hərbçiləri keçid edəcək, paradı isə Türkmənistan Hərbi Qüvvələrinin rotası tamamlayacaq. A. Serdyukovun sözlərinə görə Türkmənistan tərəfi təklif edib ki, onların bölməsinin komandiri Qızıl Meydana Axaltək atında çıxsın. “Müasir parad üçün at qeyri-adi iştirakçı olsa da, biz onların xahişini qəbul etdik”.
Nazir onu da bildirib ki, Qızıl Meydana ən azı min Böyük Vətən Müharibəsi iştirakçısı gələcək. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev yubiley paradı izləmək üçün Moskvaya gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR