Bank Of Baku

MDB ölkələrinin ATƏT-dəki daimi nümayəndələri birgə bəyanatla çıxış ediblər

MDB ölkələrinin ATƏT-dəki daimi nümayəndələri birgə bəyanatla çıxış ediblər
# 06 may 2010 12:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. MDB ölkələrinin ATƏT-dəki daimi nümayəndələri Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi münasibətilə bağlı bəyanat qəbul ediblər. APA-nın məlumatına görə, bəyanat mayın 6-da ATƏT-in Daimi Şurasında yayılıb.
Bəyanatda deyilir: “Hazırda bəşəriyyətin üzləşdiyi ciddi təhlükələr - millətçi ideologiya, ekstremizm və ksenofobiya kimi ümumi təhlükə qarşısında beynəlxalq birliyin səylərinin birləşdirilməsi təcrübəsi çox labüddür. 9 May - Qələbə Günü bəşəriyyətin yaddaşında dünyanın və Avropa xalqlarının faşizmdən azad edilməsi, İkinci Dünya Müharibəsinin bitməsini yaxınlaşdıran bir tarix kimi qalacaq. Bu tarix on milyonlarla qurban verərək bugünkü insanların azadlıq və müstəqilliyini təmin edən bizim ölkələrin xalqlarının böyük igidliyini xatırladır. Onların xatirəsi həmişə ürəklərdə yaşayacaq”.
Səfirlər yetişməkdə olan nəslə faşizmlə mübarizədə ümumi qəhrəmanlıq tarixi ilə fəxr etmək hissinin aşılanmasının vacibliyini qeyd ediblər. Onlar ATƏT-in bütün üzv ölkələrini sülhün qorunması naminə təhlükəsizlik məkanının bölünməməsi, münaqişələri yalnız sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Helsinki Yekun Aktının maddələrinə uyğun nizamlanması üçün aktiv əməkdaşlığa çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR