Bank Of Baku

Gürcüstan müxalifəti etiraz aksiyası keçirib - FOTOSESSİYA

Gürcüstan müxalifəti etiraz aksiyası keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 06 may 2010 14:05 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə müxalifətin etiraz aksiyası olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Varketili” metrostansiyasının qarşısından başlayan mitinq 3 nəfərin xəsarət alması ilə yekunlaşıb. Mitinqdə müxalifət liderlərindən Levan Qaçeçiladze, Georgi Xaindrava, Zurab Noqaideli, Nino Burcanadze, Giya Qaçeçiladze (Utsnobi), Eka Beseliya, Zviad Dzidziquri və başqaları iştirak ediblər.

Z. Dzidziquri, G. Xaindrava, G. Qaçeçiladze (Utsnobi) və E. Beseliya aksiyada çıxış edərək 6 may-Polis Gününün Müqəddəs Georgi bayramı günündə keçirilməsinə və bu münasibətlə paradın təşkil edilməsinə kəskin etiraz bildiriblər.

Müxalifətin yürüşünün qarşısını Gürcüstan polisi və xüsusi təyinatlılardan ibarət dəstə kəsib. Qarşıdurmaya yol verməmək üçün polislər DİN-nə gedən yollara avtobuslarla sipər çəkiblər.

Dəmiryolunu kəsən müxalifət nümayəndələri ilə polis və xüsusi təyinat dəstələri arasında dava düşüb. Mitinq iştirakçıları polisi daşa basıblar.

Mühafizəkarlar Partiyasının liderlərindən olan Kaxa Kukava APA-ya bildirib ki, Mixail Saakaşvili və Vano Merabişvili həbsxanaya salınana qədər mitinqləri davam etdirəcəklər: “Onlar Gürcüstanı dağıdırlar”.

Müxalifətin kəskin etirazına baxmayaraq, 6 may-Polis Günü münasibəti ilə təşkil edilmiş parad Gürcüstan DİN-in binası qarşısında baş tutub. Paradda Mixail Saakaşvili çıxış edərək Polis Günü və Müqəddəs Georgi bayramı münasibəti ilə Gürcüstan polisini təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR