Bank Of Baku

Polad Bülbüloğlu Böyük Vətən Müharibəsinin azərbaycanlı veteranları ilə görüşüb - FOTO

Polad Bülbüloğlu Böyük Vətən Müharibəsinin azərbaycanlı veteranları ilə görüşüb - <font color=red>FOTO</font>
# 07 may 2010 19:09 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada yaşayan Böyük Vətən Müharibəsi veteranları ilə görüşüb.

Müharibədə göstərdikləri qəhrəmanlıqlara görə veteranlara təşəkkür edən Polad Bülbüloğlu Azərbaycanda daima Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinin əziz tutulduğunu, veteranlara qayğı göstərildiyini vurğulayıb. O xatırladıb ki, Azərbaycandan cəbhəyə 600 min nəfərdən artıq insan çağırılıb və onların yarıdan çoxu geri qayıtmayıb.

Səfir Sankt-Peterburqdakı Piskarev qəbiristanlığında Azərbaycandan cəbhəyə çağırılan və Leninqradın müdafiəsi zamanı həlak olan şəxslərə həsr olunmuş xatirə lövhəsi açıldığını bildirib. Polad Bülbüloğlu Bakının Böyük Vətən Müharibəsində qazanılmış qələbədə böyük rol oynadığını vurğulayıb.

Səfir Azərbaycanın mayın 9-da Moskvada keçiriləcək Böyük Qələbə Paradında iştirak edəcəyini və artıq 75 azərbaycanlı hərbçinin Rusiya paytaxtına gəldiyini bildirib.

Görüşdə iştirak edən veteranlar Hüseyn Axundov, Əbdül Hüseynov, Cahangir Kərimov, Əhməd İsgəndərov, Bəhram Rəcəbov, Güldadaş Dadaşov, Əli Hüseynov səfirlikdə keçirilən görüşə və göstərdiyi diqqətə görə səfirə təşəkkür ediblər.

Sonda Azərbaycanın Rusiyadakı səfirliyi adından veteranlara xatirə hədiyyələri və pul mükafatları təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR