Bank Of Baku

Dərbənddə törədilmiş partlayış nəticəsində 1 nəfər ölub, 7 nəfər isə yaralanıb

Dərbənddə törədilmiş partlayış nəticəsində 1 nəfər ölub, 7 nəfər isə yaralanıb
# 07 may 2010 23:01 (UTC +04:00)
Bakı-APA. Dağıstanın Dərbənd şəhərinin dəmiryolu vağzalının perronlarından birində partlayış baş verib. Partlayış nəticəsində səkkiz nəfər, o cümlədən, üç milis əməkdaşı xəsarət alıb. Yaralılardan biri sonradan xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə yerli vaxtla saat 20.50-də (Bakı vaxtı ilə saat 21.50) qeydə alınıb. Həmin vaxt perrona Dərbənd-Yalama elektrik qatarı yaxınlaşırmış.

Hadisə yerində əməliyyatçılar işləyir. Onlar partlayıcı qurğunun növünü və gücünü öyrənməyə çalışırlar. İstintaq orqanları partlayışı törədən cinayətkarların müəyyənləşdirilməsi üçün tədbirlər görür. Faktla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin ölümə qəsd, terror aktı və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR